DİN: Ötən gün 115 cinayət törədilib

DİN: Ötən gün 115 cinayət törədilib
  14 Fevral 2018    Oxunub:1367
Ötən gün daxili işlər orqanları tərəfindən 115 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həmçinin axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyıti üzrə təhvil verilib.

Bildirilir ki, respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs  





Xəbər lenti