“Texniki tənzimləmə haqqında” qanun layihəsinin detalları

“Texniki tənzimləmə haqqında” qanun layihəsinin detalları
  14 Fevral 2018    Oxunub:2566
Azərbaycanda “Texniki tənzimləmə haqqında” yeni qanun layihəsi hazırlanıb.
AzVision.az xəbər verir ki, qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılıb.

Qanun layihəsində qeyd olunub ki, texniki tənzimləmə sahəsində dövlətin vəzifələri texniki tənzimləmə sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi, texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsidir, texniki tənzimləmə sahəsində beynəlxalq əməkdaşlığın təmin edilməsi, texniki reqlamentlərin qəbul edilməsi və təkmilləşdirilməsi, texniki reqlamentlərin tələblərinə əməl edilməsinə nəzarət tədbirlərinin təşkil edilməsi və həmin tələblərə əməl etməyə təsərrüfat subyektlərinə qarşı məsuliyyət tədbirlərinin tətbiq olunması, bu qanunun və texniki reqlamentlərin tələblərinə cavab verməyən mallların dövriyyədən çıxarılması məqsədilə qanunla müəyyən edilmiş tədbirlırin görülməsi, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyanın aparılmasını təşkil edilməsi və akkreditə edilmiş uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinə nəzarətin həyata keçirilməsidir.

Qanunun müddəaları siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına, habelə həmin mallların, onlarla əlaqəli istehsal proseslərinin və metodlarının uyğunluğunun qiymətləndirilməsi üzrə fəaliyyətə şamil edilir. Qanunun müddəaları, malların terminologiya, simvol, qablaşdırma, etiketləşdirmə, istismar, saxlama, daşınma, satış, məhvetmə və utilizasiya qaydalarına dair məcburi tələblərin təmin olunması üzrə fəaliyyətə şamil edilir.

Qanun insanları istehlak nəticəsində sağlamlığa təhlükə törədə bilən qida məhsulllarından, heyvan və insanlar üçün ümumi xəstəliklərdən, ətraf mühiti, o cümlədən bitki və bitkiçilik məhsulllarını zərərli orqanizmlərdən, heyvanları heyvan xəstəliklərindən və ya təhlükə törədə bilən yem və yem əlavələrindən qorumaq məqsədilə məhsulllara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına tətbiq edilən məcburi tələblərə şamil edilmir.

İstehlak bazarlarında texniki reqamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

Qanunun və texniki reqlamentlərin tələblərin pozan şəxsləri İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə və Mülki Məcəlləyə uyğun məsuliyyət daşıyırlar.

Qanunun şamil edildiyi malllara, onlarla əlaqəli proseslərə və istehsal metodalrına dair texniki reqlamentlər bu qanunun qüvvəyə mindikdən sonra 7 il ərzində bu qanuna uyğun olaraq mərhələrlə işlənib hazırlanmalı, qəbul edilməlidir.

Qanun dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Qanun   Komitə   İclas  





Xəbər lenti