AzVision.az xəbər verir ki, əvvəlcə MSK katibi Arifə Muxtarova Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası
Prezidentliyinə namizədliyinin təsdiq olunmasına dair məsələ barədə məlumat verib. Qeyd edib ki, namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2018-ci il fevralın 9-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Komissiya qərara alıb ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin namizədliyi təsdiq edilsin.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında
İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
Elvin AbdulqədirovAzVision.az Teqlər: MSK İlham-Əliyev