MSK sədri vəzifəli şəxslərə xəbərdarlıq etdi

MSK sədri vəzifəli şəxslərə xəbərdarlıq etdi
  14 Fevral 2018    Oxunub:1237
Heç bir subyekt, hansısa partiya, icra strukturunun nümayəndəsi, hər hansı bir vəzifəli şəxs Seçki Məcəlləsini, digər hüquqi aktları pozmamalıdır.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. MSK sədri komissiyanın bu gün keçirilən iclasında bildirib ki, bu kimi hallara qarşı sərt tədbirlər görəcək.

"MSK beynəlxalq qurumlarla qarşılıqlı əməkdaşlığa önəm verir, MSK-nın iclasları bu qurumların nümayəndələri üçün açıqdır. Biz MSK-nın iclaslarında beynəlxalq qurumların nümayəndələrinə fikirlərini ifadə etməyə şərait yarada bilərik", - deyə M.Pənahov bildirib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti