Sabah Təbriz küçəsində su olmayacaq

Sabah Təbriz küçəsində su olmayacaq
  14 Fevral 2018    Oxunub:1579
Təbriz küçəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar fevralın 15-də gün ərzində Təbriz küçəsi boyu ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər: Azərsu   Təbriz-küçəsi  





Xəbər lenti