Tədbirdə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak ediblər.
Əvvəlcə birgə foto çəkdirildi. Azərbaycan Prezidenti İlham Əliyev iclasda nitq söylədi. Sonra Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç çıxış etdi. Toplantı işini plenar sessiyalarla və “dəyirmi masa” ilə davam etdirir.
AzVision.az