Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək
  15 Fevral 2018    Oxunub:3275
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Füzuli rayonunda vətəndaşları qəbul edəcək.
Bu barədə AzVision.az-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, qəbul fevralın 20-də Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək və saat 11:00-da başlayacaq.

Qəbulda Ağcabədi, Tərtər, Ağdam, Füzuli və Laçın rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər.

AzVision.az


Teqlər: Mübariz-Qurbanlı   Füzuli  





Xəbər lenti