“Seçki dövlətin imicinə təsir göstərir” - Fərhad Abdullayev

“Seçki dövlətin imicinə təsir göstərir” - Fərhad Abdullayev
  15 Fevral 2018    Oxunub:3698
“İstənilən dövlətdə seçki onun imicinə təsir göstərir. Bu baxımdan dövlət, ictimaiyyət seçkilərə çox böyük önəm verir və çalışır ki, qanuni şəkildə öz həllini tapsın”.

AzVision.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.
Seçki hüququ və seçki prosesinin həssas olduğunu qeyd edən F.Abdullayev bildirib ki, seçki prosesi hər zaman yeniliklərə məruz qalır, bu isə təbii haldır:

“Avropa İnsan Hüquqları Məhkəməsinin aktiv seçki hüququnun məhdudlaşdırılması barədə bir neçə qərar qəbul edilib. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında qeyd edilib ki, xüsusən azadlıqdan məhrum edilən şəxslər aktiv seçki hüququndan istifadə edə bilməzlər. Bir sıra Avropa ölkələrində məhdudiyyətlər var. Azərbaycanda isə bu məhdudiyyət yoxdur. Bu çox mütərəqqi qərardır. Əhalinin bütün elektoratı, o cümlədən azadlıqdan məhrum olunan şəxslər də səsvermə hüququndan istifadə edəcəklər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Seçki   Fərhad-Abdullayev  





Xəbər lenti