"Aİ ilə saziş əməkdaşlıq üçün yeni format yaradacaq" - Prezident

"Aİ ilə saziş əməkdaşlıq üçün yeni format yaradacaq" - Prezident
  15 Fevral 2018    Oxunub:2148
“Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi Azərbaycanın strateji məqsədlərindən biridir”.
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin IV iclasında çıxışı zamanı bildirib.
Prezident qeyd edib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin icrası şirkətlərin işə sadiqliyi nəticəsində mümkün olur. “Cənub Qaz Dəhlizi” layihəsinə dünyanın aparıcı maliyyə təsisatlarının öz töhvələrini verdiyini deyən prezident vurğulayıb ki, irimiqyaslı layihələrin reallaşdırılması güclü və effektiv komandanın yaradıldığını nümayiş etdirir və beynəlxalq əməkdaşlığı daha da artırır.

"Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının yaradılmasında məqsəd səylərimizi əlaqələndirməkdir” deyən prezident bildirib ki, bu layihənin həyata keçirilməsini Azərbaycanın strateji məqsədlərindən biri olduğunu deyib.

Prezident qeyd edib ki, uğurla icra edilən layihələr Azərbaycanı xaricdə etibarlı tərəfdaş kimi təqdim edir. "Cənub Qaz Dəhlizi” layihəsinin regiona töhvə verdiyini deyən dövlət başçısı onun enerji ehtiyatları ilə daşınması ilə bağlı layihələrə də güclü dəstək verildiyini diqqətə çatdırıb, bu baxımdan ötən il istifadəyə verilən “Bakı-Tbilisi-Qars” yeni dəmiryolu xəttinin əhəmiyyətini vurğulayıb. Ölkə başçısı bu xəttin Avropa ilə Asiya arasında ən qısa marşurut olduğunu, yüklərin daşınması üçün sərf edilən vaxtın iki dəfə azaldıldığını bildirib.

Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq olmadan bu layihələrin reallaşdırılmasının mümkünsüzlüyünü vurğulayan dövlət başçısı çıxışında Avropa İttifaqı ilə əlaqələrə toxunaraq, hazırda Azərbaycanla qurum arasında hazırlanan yeni tərəfdaşlıq sazişinin əməkdaşlıq üçün yeni format yaradacağını qeyd edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Cənub-Qaz-Dəhlizi   İlham-Əliyev  





Xəbər lenti