Azərbaycan “Formula-1”dən 277,3 milyon dollar qazanıb

Azərbaycan “Formula-1”dən 277,3 milyon dollar qazanıb
  15 Fevral 2018    Oxunub:4220
"Formula-1" yarışları Azərbaycan iqtisadiyyatına 277,3 milyon ABŞ dolları gəlir gətirib.
AzVision.az xəbər verir ki, bu barədə “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmada qeyd olunub. Araşdırmanın nəticələrinə görə, Bakıda keçirilən "Formula-1" yarışları ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib.

"Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib ki, hesabatda 277,3 milyon dollar olaraq göstərilən yekun məbləğ yarışlar ərəfəsində "Formula-1"lə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir.

Onun sözlərinə görə, bu məbləğə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.

AzVision.az


Teqlər: Bakı   Formula-1  





Xəbər lenti