Berat Albayrak: “TANAP iyunda istifadəyə veriləcək”

Berat Albayrak: “TANAP iyunda istifadəyə veriləcək”
  15 Fevral 2018    Oxunub:1979
TANAP boru kəməri bu ilin iyun ayında istifadəyə veriləcək.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak deyib. Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsi çox önəmli və dünyaca məşhur layihədir. Bu layihənin reallaşması Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi, ortaya qoyduğu güclü siyasət nəticəsində mümkün olub.

"Yanvardan etibarən TANAP-a sınaq məqsədilə təbii qaz vurulub. İyun ayında TANAP boru kəməri istifadəyə veriləcək. 2020-ci ildə isə Azərbaycan təbii qazı Avropaya çatacaq və bununla da "Cənub Qaz Dəhlizi" layihəsi yekunlaşmış olacaq", - deyə Berat Albayrak əlavə edib.

AzVision.az


Teqlər: TANAP   Türkiyə   Berat-Albayrak  





Xəbər lenti