Prezident litvalı həmkarını təbrik edib

Prezident litvalı həmkarını təbrik edib
  15 Fevral 2018    Oxunub:1066
Azərbaycan Prezidenti İlham Əliyev litvalı həmkarı Dalya Qribauskayteyə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli xanım Prezident. Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Litva arasındakı dostluq əlaqələrinin möhkəmlənməsi, ikitərəfli səviyyədə və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız bundan sonra da ölkələrimiz və xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Litva xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

AzVision.az


Teqlər: İlham-Əliyev   Litva  





Xəbər lenti