Azay Quliyev: ATƏT-in sessiyasında mühüm məsələlər müzakirə olunacaq
Qurumun vitse-prezidenti bildirib ki, qış sessiyası çərçivəsində ATƏT PA-nın Daimi Komitəsinin və o cümlədən təhlükəsizlik və siyasi məsələlər, insan haqları, demokratiya və humanitar məsələlər, iqtisadiyyat, elm, texnologiya və ətraf mühit məsələləri komitələrinin birgə və ayrılıqda iclasları olacaq. A.Quliyev onu da bildirib ki, komitə iclaslarında cari il iyulun 7-11-də Berlində keçiriləcək illik sessiyada qəbul olunacaq qətnamə layihələri də müzakirə olunacaq.
Azay Quliyev fevral ayının 22-də Hofburqda ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun (SRG) növbəti iclasının keçiriləcəyini də qeyd edib. İclasda qurumun əsasnaməsinə əlavə və dəyişikliyin edilməsi, Yunanıstan və Moldovanın üzvlüyə qəbulu, qədim İpək Yolunun bərpası və nəqliyyat dəhlizlərinin inkişafı haqqında qətnamə layihəsi, martın 13-14-də Azərbaycanda keçiriləcək Beynəlxalq Bakı Konfransına dair müzakirələrin aparılacağını bildirib.
AzVision.az
Teqlər: ATƏT Azay-Quliyev