Azərbaycanda 793 dini qurum qeydiyyatdan keçib

Azərbaycanda 793 dini qurum qeydiyyatdan keçib
  16 Fevral 2018    Oxunub:1486
2009-2017-cı illər ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 793 dini qurum dövlət qeydiyyatına alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində yazıb.

E.Nəcəfov qeyd edib ki, qeydiyyata alınanlardan 28-i qeyri-islam, 765-i islam təmayüllü dini qurumdur.

"Qeyri-islam dini qurumlarından 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i Krişna şüuru dini icmasıdır. Azərbaycan Respublikasının əhalisinin 96 faizi müsəlman olmasına baxmayaraq, dövlət dinlər arasında heç bir ayrı-seçkiliyə yol vermir. Azərbaycan Respublikası multikulturalizm siyasəti vasitəsilə ölkə daxilində olan etnik-mədəni müxtəliflikləri tənzimləyərək bu müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunmasına nail olub. Bu, demokratik cəmiyyətin norma və prinsiplərinə uyğun gəlir. Belə ki, xalqların etnik-mədəni dəyərlərinin qorunması insan haqlarının tərkib hissəsidir"- PA-nın şöbə müdiri vurğulayıb.

AzVision.az


Teqlər: Etibar-Nəcəfov   Din   Qurum  





Xəbər lenti