Xankəndində konsert verən musiqiçilər peşman oldular - FOTOLAR
“Sülh naminə musiqi” layihəsinin üzvləri Bakıya, xüsusilə Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduqlarını dilə gətiriblər.
AzVision.az-ın məlumatına görə, “Sülh naminə musiqi” beynəlxalq xeyriyyə layihəsidir. Layihənin icrasına 2011-ci ildən başlanılıb.
Layihənin missiyası millətlərarası və etnik münaqişələr, təbii fəlakət zonaları, eyni zamanda terrordan əziyyət çəkən regionlarda klassik musiqi üzrə master-klasslar və konsertlər vermək, regionlarda klassik musiqinin populyarlaşdırılması, infrastrukturun dağıldığı ərazilərdə gənc istedadların aşkarlanması və dəstəklənməsidir.
Layihənin təsisçiləri Mariya Nemtsova və Vitaliy Vatulyadır. Layihənin 21 daimi musiqiçi üzvü var. Hər il layihəyə müxtəlif ölkələrdən insanlar dəvət olunur.
Qeyd edək ki, qrup 2017-ci ilin iyunun 29-da Azərbaycanın işğal altında olan Xankəndi (Stepanakert) şəhərinə qanunsuz səfər edərək, orada konsert verib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Sülh-naminə-musiqi Azərbaycan Qarabağ