"ABAD"ın məhsulları bir çox ölkələrə ixrac olunur - Rüfət Elçiyev

"ABAD"ın məhsulları bir çox ölkələrə ixrac olunur - Rüfət Elçiyev
  16 Fevral 2018    Oxunub:3260
"ABAD"ın məhsulları bir çox ölkələrə ixrac olunur. Lakin bizim üçün əsas strateji bazar Avropa İttifaqı bazarıdır.

AzVision.az xəbər verir ki, bunu ABAD publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev deyib. O, qeyd edib ki, "ABAD" Avropa İttifaqı ilə bir çox layihələr həyata keçirib:
"Onlardan bəziləri indi də icra olunur. Bu gün isə biz əsası 2016-ci ildə qoyulan layihənin yekunlarını qeyd edirik. Layihə çərçivəsində bizim əməkdaşlarımız İrlandiyaya səfər edərək orada kiçik ailə biznesinə dəstək mexanizmləri ilə tanış olublar. Eyni zamanda ət və süd məhsullarının istehsalı ilə bağlı təcrübə qazanıblar. "ABAD" bir ildən artıq müddətdir ki, fəaliyyət göstərir və bu il ərzində "ABAD"çıların sayı 200-ü keçib.

"ABAD"ın göstərdiyi xidmətlər içərisində ən həlledicisi satışdır. Biz satış məntəqlərinin açılmasına böyük önəm veririk. Hazırda Bakı şəhərində 3, regionlarda 2 mərkəzimiz fəaliyyət göstərir. 2018-ci ildə isə Şəkidə, İmişlidə və Bakıda Fairmont otelində yeni mərkəzlərimizin açılışı nəzərdə tutulur. Bu il həmçinin Şəkidə və Nardaranda Keramika və Tətbiqi sənət mərkəzlərimiz açılacaq".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABAD   Rüfət-Elçiyev  





Xəbər lenti