İqtisadiyyat Nazirliyindən yumurta açıqlaması
"Laborator müayinələr nəticəsində yumurtaların keyfiyyətində heç bir nöqsan aşkar edilməyib, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normalara tam uyğun olduğu müəyyən edilib. Qaynadılarkən yarandığı iddia edilən plasmasabənzər maddənin isə yumurtaya heç bir aidiyyəti yoxdur", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, ötən illərdə də vətəndaş müraciətləri və monitorinqlər əsasında istehlak bazarından götürülmüş nümunələr üzrə aparılmış laborator müayinələr zamanı da yumurtanın keyfiyyəti ilə bağlı heç bir nöqsan aşkar olunmayıb.
AzVision.az