Hikmət Hacıyev: Ermənistanın sülhdən danışması açıq riyakarlıqdır
H.Hacıyev qeyd edib: "Ermənistanın Azərbaycan ərazilərini hərbi işğal altında saxlaması, işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllərini davam etdirməsi və ərazilərin ilhaq edilməsinə (anneksiya) cəhd göstərməsi şəraitdə sülhdən danışması açıq riyakarlıq, məsuliyyətsizlik və qeyri-ciddi yanaşmadır.
ATƏT Minsk Qrupunun həmsədr ölkələri dövlət başçıları səviyyəsində dəfələrlə bildiriblər ki, mövcud status-kvo qəbuledilməzdir və qeyri-dayanaqlıdır. İşğala əsaslanan status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalı və nəticə etibarilə, münaqişənin siyasi həlli üçün hərbi risk amili aradan qaldırılmalıdır".
Eldar Tanrıverdiyev
AzVision.az