Füzulidə QDT-90 partladıcısı tapılıb
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş kənddə məişət tullantıları ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd QDT-90 partladıcısı aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş partladıcının ətrafında 70 kvadrat metr əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Qeyd edilib ki, əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.
AzVision.az
Teqlər: ANAMA Partlayıcı Füzuli