Deputatlarımız seçkiyə görə Rusiyaya gedir

  17 Fevral 2018    Oxunub : 587
Deputatlarımız seçkiyə görə Rusiyaya gedir
Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, deputat Rauf Əliyev Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak etmək üçün fevralın 19-da bu ölkəyə səfər edəcəklər.
Milli Məclisin mətbuat xidmətdən AzVision.az-a verilən məlumata görə, millət vəkilləri MoskvaSankt-Peterburq şəhərlərində seçkiqabağı vəziyyət, prosesin təşkili ilə yaxından tanış olacaq, namizədlər tərəfindən təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsini müşahidə edəcəklər.

Səfər fevralın 23-də başa çatacaq.
AzVision.az

Teqlər: Milli-Məclis   Deputat   Rusiya   Seçki