XİN: İranda qəzaya uğrayan təyyarədə azərbaycanlı olmayıb

XİN: İranda qəzaya uğrayan təyyarədə azərbaycanlı olmayıb
  18 Fevral 2018    Oxunub:2337
İranda baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib

XİN rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin ilkin məlumatına əsasən İranda baş vermiş təyyarə qəzasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.

Qeyd edək ki, bu gün İranda baş verən təyyarə qəzasında 66 nəfər ölüb.

AzVision.az


Teqlər: XİN   İran   Təyyarə   Qəza  





Xəbər lenti