İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi

İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi
  18 Fevral 2018    Oxunub:2409
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı İranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən olduqca kədərləndiyini bildirib.

Azərbaycan Prezidenti baş vermiş faciə ilə əlaqədar İran Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, bu gün səhər saatlarında Tehrandan Yasuc şəhərinə uçan "Aseman Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   İran   Ruhani  





Xəbər lenti