Avropa İttifaqının xüsusi nümayəndəsi Bakıya gəlir

Avropa İttifaqının xüsusi nümayəndəsi Bakıya gəlir
  18 Fevral 2018    Oxunub:1737
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar fevral ayının 19-da Bakıya səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Avropa İttifaqının mətbuat xidmətindən məlumat verilib.

İki günlük səfər çərçivəsində T.Klaar bir neçə mühüm görüşlər keçirəcək. Danışıqlar Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, regional təhlükəsizlik və əməkdaşlıq mövzularını əhatə edəcək.

Qeyd edək ki, bu T.Klaarın Bakıya ikinci səfəridir.O ilk səfərini ötən ilin dekabr ayında etmişdi.

T.Klaar noyabrın 13-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.

AzVision.az


Teqlər:   Azərbaycan   Bakı   Səfər  





Xəbər lenti