“Bakı-Metropoliteni” Rusiyadan yeni qatarlar alır - FOTOLAR

“Bakı-Metropoliteni” Rusiyadan yeni qatarlar alır - FOTOLAR
  19 Fevral 2018    Oxunub:7781
“Bakı-Metropoliteni” ilə Rusiyanın “Metrovaqonmaş” şirkəti arasında yeni müqavilə imzalanıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, müqaviləyə əsasən “Metrovaqonmaş” şirkətindən hər birində 5 vaqon olan 2 qatar alınacaq.
“Bunlar 4-cü nəsil qatarlardır, son aldıqlarımızdan daha üstündür. Həmin qatarlar 2018-ci il ərzində alınacaq və cari il ərzində istifadəyə veriləcək”-deyə N.Paşayev vurğulayıb.



Qeyd edək ki, bu qatarların istismar müddəti 31 ildir. Qatarlarda velosiped və uşaq arabaları üçün xüsusi yerlər var. 81-765/766 seriyalı qatarlar 2017-ci ilin əvvəlindən Mtişinsk zavodu tərəfindən istehsala başlayıb.



Anar Kəlbiyev
AzVision.az


Teqlər: Metro   Bakı   Vaqon  





Xəbər lenti