Səyyar “ASAN xidmət” Zığ qəsəbəsində

Səyyar “ASAN xidmət” Zığ qəsəbəsində
  19 Fevral 2018    Oxunub:1726
Səyyar ASAN xidmət 19 – 28 fevral tarixlərində Suraxanı rayonunun Zığ qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
ASAN Xidmət-dən AzVision.az-a verilən məlumata görə, bundan başqa səyyar avtobuslar və qatar 1 fevral – 2 mart tarixlərində Xırdalan, Xaçmaz, İmişli, İsmayıllı, Goranboy, Göyçay, Lənkəran və Şirvanda vətəndaşların xidmətində olacaq.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

AzVision.az


Teqlər: Səyyar-ASAN   ASAN-Xidmət  





Xəbər lenti