Məleykə Abbaszadəyə sualı olanların nəzərinə!

Məleykə Abbaszadəyə sualı olanların nəzərinə!
  19 Fevral 2018    Oxunub:1625
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 28-də Göyçay şəhərində vətəndaşları qəbul edəcək.
DİM-dən AzVision.az-a verilən məlumata görə, qəbulda Göyçay rayonunun sakinləri ilə yanaşı Ucar, Kürdəmir, Ağsu rayon sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbul saat 10:00-da Göyçay şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri, H.Əliyev pr., 92) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər (https://azvision.az/redirect.php?url=http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Göyçay regional bölməsinə şəxsiyyət vəsiqəsi ilə birlikdə (ünvan: Göyçay ş., R.İsayev küçəsi, 43) müraciət etməlidirlər (əlaqə telefonu: (020) 274 66 74).

Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Ucar, Kürdəmir, Ağsu rayon təhsil şöbələrinə də müraciətə edə bilərlər. Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

AzVision.az


Teqlər: Məleykə-Abbaszadə   DİM   Göyçay  





Xəbər lenti