Azərbaycanda seçicilərin sayı 28344 nəfər artıb

Azərbaycanda seçicilərin sayı 28344 nəfər artıb
  19 Fevral 2018    Oxunub:3403
“Daimi seçici siyahıları martın 3-dək hazır olacaq”.

AzVision.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Natiq Məmmədov komissiyanın bu gün keçirilən iclasında deyib.
N.Məmmədov deyib ki, hazırda seçici siyahıları ilə bağlı dəqiqləşmə aparılır.

“Ötən illə müqayisədə bu il 28344 seçici artıb. Martın 3-ə qədər tam dəqiq siyahı əlimizdə olacaq”- MSK rəsmisi vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: MSK   Natiq-Məmmədov   Seçici  





Xəbər lenti