ABŞ və Azərbaycan Zərdabda fermerlərə yardım edir

ABŞ və Azərbaycan Zərdabda fermerlərə yardım edir
  19 Fevral 2018    Oxunub:2112
Bu gün ABŞ və Azərbaycanın birgə səyləri nəticəsində Zərdab rayonunun Gəlmə kənd sakinləri yeni yem və toxum təmizləmə məntəqəsinin açılışını qeyd ediblər.
AzVision.az xəbər verir ki, bu məntəqə Gəlmə sakinlərinə özlərinin mal-qara və quş təsərrüfatları üçün münasib qiymətə yem əldə etməyə imkan yaradacaq. Baxmayaraq ki, bir çox kənd sakinləri öz torpaqlarında yonca və arpa əkirlər, həmin məntəqə qurulmamışdan öncə toxumları təmizləmək üçün rayon mərkəzinə uzun məsafə gət etməli olurdular. İndi isə yerli sakinlər məhsullarını məhz öz icmalarında yemə çevirə biləcəklər.

Bu yeni məntəqə Gəlmə kəndinin maldarlıq, quşçuluq və kənd təsərrüfatı ilə məşğul olan 3,000-ə yaxın sakinin vaxtına, puluna və enerjisinə qənaət etməyə kömək edəcək. Bu layihələr Amerika xalqı adından fəaliyyət göstərən USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

ABŞ və Azərbaycan 101 müxtəlif icmada 114 icma layihəsi həyata keçirib. Bu layihələrdən məcburi köçkünlər də daxil olmaqla 186,000-ə yaxın insan faydalana bilir. Bu lahiyələr Amerika xalqı adından göstərilən yardım sayəsində həyata keçirilib və EWMI tərəfindən icra olunub. EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.

AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti