Azərbaycan məhsulları “Gulfood 2018” sərgisində

Azərbaycan məhsulları “Gulfood 2018” sərgisində
  19 Fevral 2018    Oxunub:1708
Azərbaycan Dubayda (Birləşmiş Ərəb Əmirlikləri - BƏƏ) keçirilən “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunur.
Bu barədə AzVision.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib. Məlumata görə, Dubayın Beynəlxalq Ticarət Mərkəzində ötən gün təşkil olunmuş və fevralın 22-nə qədər davam edəcək sərgidə 120 ölkədən 5 mindən çox şirkət öz məhsullarını, o cümlədən nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 23 Azərbaycan şirkəti meyvə şirələri, təbii mineral sular, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullarını sərgi ziyarətçilərinə təqdim edir.

Azərbaycan şirkətləri artıq nar şərab, qurudulmuş xurma, mineral sular, meyvə şirələri, makaron məmulatları, sərinləşdirici içkilər və s. məhsulların Malta, Dubay, Qətər, Hindistan, Pakistan, Səudiyyə Ərəbistanı və Polşaya ixracına dair danışıqlara başlayıblar.

AzVision.az


Teqlər: Azərbaycan   Dubay   Sərgi  





Xəbər lenti