İlham Əliyevdən yeni səfir və baş konsul təyinatı

İlham Əliyevdən yeni səfir və baş konsul təyinatı
  19 Fevral 2018    Oxunub:1827
Prezident İlham Əliyev Azərbaycanın İordaniya Haşimilər Krallığında səfirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncamla Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Ölkə başçısının digər sərəncamı ilə Pərviz Cəfər oğlu İsmayılzadə Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyinat alıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam  





Xəbər lenti