İranın müdafiə naziri Azərbaycana gəlir

İranın müdafiə naziri Azərbaycana gəlir
  19 Fevral 2018    Oxunub:1611
İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 21-də Azərbaycana səfər edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində İran nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşləri nəzərdə tutulub.

Səfər fevralın 22-dək davam edəcək.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   İran   Səfər   Bakı  





Xəbər lenti