Ölkədə 620 min fiziki qüsurlu şəxs var

Ölkədə 620 min fiziki qüsurlu şəxs var
  20 Fevral 2018    Oxunub:1224
“Azərbaycanda fiziki qüsurlu insanların sayı təxminən 620 min nəfər təşkil edir”.
AzVision.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

Komitə sədri qeyd edib ki, bu, ölkə əhalisinin 6%-ə qədəridir: “Nəzərə alsaq ki, bu faiz dünyada 10-12 civarında hesablanır və bizdə ölkə əhalisinin sayı son illər bir milyon yarıma qədər artsa belə bu qrup insanların sayı demək olar ki, dəyişməyib. Buradan belə bir məntiq ortaya çıxır ki, bizdə əlilliyin reabilitasiyası və qarşısının alınması istiqamətində daha ardıcıl və sistemli iş aparılır”.

AzVision.az


Teqlər: Hadi-Rəcəbli   Milli-Məclis   Komitə  





Xəbər lenti