Prezidentliyə namizədlərin qeydə alınmasına başlanılır

Prezidentliyə namizədlərin qeydə alınmasına başlanılır
  20 Fevral 2018    Oxunub:1761
Bu gündən prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər.
AzVision.az xəbər verir ki, bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd olunub.

Təqvim planına əsasən, namizədlərin qeydə alınması üçün sənədlər 2018-ci il fevralın 20-dən 12 mart saat 18.00-dək təqdim edilə bilər.

Qeyd edək ki, bu günədək 13 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK   Seçki   Namizəd  





Xəbər lenti