Rezidenturaya sənəd qəbulu davam edir

Rezidenturaya sənəd qəbulu davam edir
  20 Fevral 2018    Oxunub:1098
Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul elan edib.
Mərkəzdən AzVision.az-a verilən məlumata görə, 20 fevral saat 10:00-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 438, rus bölməsi üzrə 73, ümumilikdə 511 nəfər elektron ərizəsini təsdiq edib. Ərizə qəbulu ilə bağlı son statistik məlumatları buradan izləyə bilərsiniz.

Qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd 2018-ci il fevralın 22-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 22 fevral saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

AzVision.az


Teqlər: DİM   Rezidentura   Sənəd-Qəbulu  





Xəbər lenti