Azərbaycanda 100 milyon manatdan çox borc silinəcək

Azərbaycanda 100 milyon manatdan çox borc silinəcək
  20 Fevral 2018    Oxunub:2353
“Hesabat məlumatlarına istinad etsək, deyə bilərik ki, 1 yanvar 2006-cı ilə qədər məcburi dövlət soial sığorta haqları üzrə 200 milyon manata yaxın borc var. Bu borcların 50 faizi ödənilib. 1 yanvar 2018-ci il tarixə qədər 100.2 milyon manat əsas borc qalır”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Əmək və sosial siyasət komitəsinin birgə iclasında “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, qanun layihəsi qəbul edildikdə 1 yanvar 2006-c ilə qədər yaranan və 1 aprel 2018-ci ilə qədər ödənilməyən 100 milyon manat vəsaiti silmək imkanımız olacaq.

“Yəni bu vəsait sığortaedənlərimizdən tələb olunmayacaq. Vəsaitləri onsuz da ümidsiz borclar siyahısına aid etmişdik”, -deyə nazir müavini bildirib.

Qeyd edək ki, bu qanun layihəsi Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: ƏƏSM   Nazir-müavini   İdris-İsayev  





Xəbər lenti