Zakir Həsənov Belarusa gedir

Zakir Həsənov Belarusa gedir
  20 Fevral 2018    Oxunub:1469
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə fevralın 22-də Minsk şəhərinə yola düşəcək.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, işgüzar səfər çərçivəsində Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələrin ziyarət olunması nəzərdə tutulub.

AzVision.az


Teqlər: Zakir-Həsənov   Belarus  





Xəbər lenti