25 ilin qısa seçki tarixçəsi – CİZGİ FİLMİ

25 ilin qısa seçki tarixçəsi – CİZGİ FİLMİ
  20 Fevral 2018    Oxunub:13285
Azərbaycanda 25 ildir ki, mütləq azlıqda ola-ola “Biz güclüyük!”, “Biz hakimiyyətə gələcəyik!” deyən, amma təbii ki, gələ bilməyən bir radikal qrup var. Çünki hansısa hədəfə doğru gedə bilmək üçün əvvəlcə ayaq üstündə durmağı bacarmaq lazımdır. Sürünməklə uzağa getmək olmaz.
Normal siyasi qüvvə, özünə hörmət edən siyasətçi çoxdan bu sürünməkdən bezərək, meydanı tərk edib, ayrı bir işin qulpundan yapışardı. Amma siyasəti biznesə çevirənlər öz gəlir mənbələrini asanlıqla əldən vermək istəmirlər. Ona görə də, 25 ildir ki, hər dəfə “Seçki saxtalaşdırıldı” deyərək, məğlubiyyətin məsuliyyətini üzərlərindən atırlar. Amma 25 ildə bir dəfə məhkəməyə seçki saxtakarlığı faktı təqdim edə bilməyiblər.

İndi isə məğlubiyyətdən sığortalanmaq üçün boykot yolunu tutan radikallar yeni bəhanə tapıblar: “Seçki qabağa çəkildi”. Maraqlıdır, 25 ildir bütün seçkilərdə məğlub olan dəstə 6 ayda nəyi dəyişə bilərdi?



AzVision.az



Teqlər: #Radikal-MÜxalifət   #Seçki  





Xəbər lenti