Əfv Komissiyasının növbəti iclası keçirilib

Əfv Komissiyasının növbəti iclası keçirilib
  20 Fevral 2018    Oxunub:1610
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, iclasda 100-dən çox müraciətə baxılıb. Müraciətlərin əksəriyyətinə müsbət rəy verilib.

Ümumilikdə isə indiyədək komissiyaya 1000-dək müraciət daxil olub, 400-ə yaxın müraciətə baxılıb.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması gözlənilir.

AzVision.az


Teqlər: Əfv   Komissiya  





Xəbər lenti