Tərtərdə tank əleyhinə mina tapılıb

Tərtərdə tank əleyhinə mina tapılıb
  21 Fevral 2018    Oxunub:1407
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonunun Qapanlı kəndi ərazisində minanın tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunub.

Mina zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

AzVision.az


Teqlər: ANAMA   Tərtər  





Xəbər lenti