Azərbaycanın neçə Milli Qəhrəmanı sağdır?

  21 Fevral 2018    Oxunub : 8062
Azərbaycanın neçə Milli Qəhrəmanı sağdır?
Xəbər verdiyimiz kimi, Azərbaycanda Milli Qəhrəmanlara verilən Prezident təqaüdü artırılıb. Ötən gün prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Prezident təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən etibarən 200 manat artırılaraq 1500 (min beş yüz) manat müəyyən edilib.
AzVision.az-ın məlumatına görə, ölkə üzrə Milli Qəhrəman adı verilmiş şəxslərin sayı 215 nəfərdir. Onlardan yalnız 17 nəfəri sağdır.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Milli-Qəhrəman