Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı

Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı
  21 Fevral 2018    Oxunub:2339
Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar cinayət işi açılıb.
AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

O, bildirib ki, faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: Bayıl   Prokurorluq   Cinayət  





Xəbər lenti