Yavər Camalov İranın müdafiə naziri ilə görüşüb

Yavər Camalov İranın müdafiə naziri ilə görüşüb
  21 Fevral 2018    Oxunub:1516
Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Y. Camalov nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə iki ölkə arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Görüşdə İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə də iştirak edib.

AzVision.az


Teqlər: İran   Azərbaycan   Yavər-Camalov  





Xəbər lenti