Bayram ərəfəsində 500-dək məhkum əfv edilə bilər - VİDEO

Bayram ərəfəsində 500-dək məhkum əfv edilə bilər - VİDEO
  22 Fevral 2018    Oxunub:2171
Hər il bayramqabağı həyata keçirilən əfvin bu il Novruz bayramına təsadüf edəcəyi gözlənilir. Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, indiyədək əfvlə bağlı keçirilən iclaslarda yüzlərlə müraciətə baxılıb.
Müraciətlərə baxılan zaman əsas 4 amilə xüsusi diqqət edilir. Ə. Nuriyev qeyd edib ki, əfv olunmaq üçün hər bir məhkum müraciət edə bilər. Ancaq meryarlara uyğun olan məhkumların müraciətinə baxılır.

Ötən il əfv fərmanı 423 nəfərə şamil olunub. Bu il də təxminən bu rəqəmə yaxın şəxsin əfv ediləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycanın müstəqillik tarixində 63 əfv fərmanı imzalanıb və indiyədək 7000-ə yaxın şəxs azadlığa çıxıb.



AzVision.az


Teqlər: Əfv   Əliməmməd-Nuriyev  





Xəbər lenti