Yanvarda Naxçıvana 17 mindən çox turist gəlib

Yanvarda Naxçıvana 17 mindən çox turist gəlib
  22 Fevral 2018    Oxunub:1393
Cari ilin yanvar ayında muxtar respublikaya 17 min 115 turist gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz və ya 850 nəfər çoxdur.

Qeyd edək ki, 2017-ci ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 413 mindən çox turist gəlib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan   Turist  





Xəbər lenti