Ötən il yol təsərrüfatına 521 min manat ziyan dəyib

Ötən il yol təsərrüfatına 521 min manat ziyan dəyib
  22 Fevral 2018    Oxunub:1344
Ötən il ərzində Bakı şəhərində və respublikanın avtomobil yollarında 3355 ədəd yol nişanı, 1085 ədəd məlumatverici lövhə, 10948 ədəd siqnal dirəyi, 1140 ədəd siqnal bayrağı, 14860 perimetr əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 774,2 min kvadratmetr həcmində yolların boya ilə xətlənməsi işləri başa çatdırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilib.

S.Məmmədov qeyd edib ki, görülən tədbirlərə baxmayaraq, 2017-ci ildə respublikanın və Bakı şəhərinin avtomobil yollarında 396 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6538 perimetr əyrixətli tirlər, 18 ədəd işıq dirəyi, 13 ədəd yol nişanı yararsız hala düşüb, ümumilikdə ölkənin yol təsərrüfatına 521,2 min manat məbləğində maddi ziyan dəyib. Bundan 328,1 min manatı ödənilib.

Onun sözlərinə görə, 2018-ci ildə kollektivi qarşısında ən azı, 600 kəndi əhatə edəcək 2 min kilometrdən çox avtomobil yolu çəkilməsi kimi böyük bir vəzifə müəyyənləşdirilib.

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2018-ci ildə Bakı şəhərində uzunluğu 106,4 kilometr olan 11 layihənin, uzunluğu 1274,1 kilometr olan 52 kəndlərarası layihənin, habelə respublika əhəmiyyətli avtomobil yollarının və xarici kredit vəsaiti hesabına yerinə yetiriləcək layihələrin icrasını həyata keçirəcək" -deyə S.Məmmədov vurğulayıb.

AzVision.az


Teqlər: Saleh-Məmmədov   Məqalə   Yol  





Xəbər lenti