Hərbi Dəniz Qüvvələrində görüş keçirilib

Hərbi Dəniz Qüvvələrində görüş keçirilib
  22 Fevral 2018    Oxunub:1080
Dənizdə qarşılıqlı fəaliyyət üzrə komanda və nəzarətin müəyyən edilməsi, eləcə də vahid əlaqələndirmə prosesinin icrası məqsədilə yaradılmış işçi qrupun görüşü keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dəniz Təhlükəsizliyi Strategiyası”nın tələblərinə əsasən dəniz təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyətin təmin olunması məqsədilə yaradılan qrupun işinə HDQ-nin komandanı vəzifəsini icra edən I dərəcəli kapitan Zaur Hümmətov rəhbərlik edib.

Görüşdə dəniz təhlükəsizliyinin təmin olunmasının əsas aspektləri və bir sıra digər məsələlər müzakirə olunub.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   HDQ  





Xəbər lenti