Neftçilər Xəstəxanasının baş həkimi işdən çıxarılıb

Neftçilər Xəstəxanasının baş həkimi işdən çıxarılıb
  22 Fevral 2018    Oxunub:3053
Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılıb.
AzVision.az xəbər verir ki, İ.Mirzəyev səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub. İ.Mirzəliyev artıq yeni vəzifəsinin icrasına başlayıb.

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsi isə müvəqqəti olaraq xəstəxananın poliklinika şöbəsinin müdüri Hüseyin Şahmalıyevə tapşırılıb.

Qeyd edək ki, İsmayıl Mirzəliyev daha əvvəl Quba Rayon Mərkəzi Xəstəxanasında işləyib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Neftçilər-Xəstəxanası  





Xəbər lenti