Azərbaycanda yeni medal təsis edilib

Azərbaycanda yeni medal təsis edilib
  22 Fevral 2018    Oxunub:1307
Prezident İlham Əliyev fevralın 22-də “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.
AzVision.az-ın məlumatına görə, qanunda aşağıdakı dəyişikliklər edilib:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun

2-ci maddəsində “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissədən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:
“Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı.”.

Maddə 2. “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiq edilsin.

Maddə 3. “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin.

AzVision.az


Teqlər: İlham-Əliyev   Medal  





Xəbər lenti