Sabah Bakının iki rayonunda su olmayacaq

Sabah Bakının iki rayonunda su olmayacaq
  22 Fevral 2018    Oxunub:1468
Bu gün saat 23:00-dan fevralın 23-ü saat 12:00-a kimi Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq.
Bu barədə AzVision.az-a "Azərsu" ASC-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, fasilə Yasamal rayonu ərazisində magistral kəmərdən yeni çəkilmiş xətlərə birləşmələrin verilməsi ilə əlaqədardır.

AzVision.az


Teqlər: Azərsu   Bakı  





Xəbər lenti