Prezident Bruney Sultanını təbrik edib

Prezident Bruney Sultanını təbrik edib
  22 Fevral 2018    Oxunub:1318
Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Bruney arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza daim sülh və rifah diləyirəm”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti